Ulduz futbolçu Lionel Messinin "İnter Mayami"dəki gələcəyi məlum olub.
QOL.az xəbər verir ki, MLS təmsilçisi argentinalı futbolçunun müqaviləsini 2028-ci ilin iyun ayına qədər uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ildən "İnter Mayami"nin şərəfini qoruyan Messi klubla indiyədək 82 oyun keçirib və 71 qol vurub.