Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, dünyanın heç bir ölkəsində işsiz vətəndaşlardan tibbi sığorta haqqı tələb olunmur:
"Belə bir qərar sosial dövlət anlayışına, eləcə də sosial ədalət prinsiplərinə ziddir. Dövlətin əsas məqsədi vətəndaşın rifahını qorumaq, xüsusən də sosial cəhətdən həssas təbəqələri dəstəkləmək olmalıdır, onları əlavə öhdəlik altına salmaq yox".
Qeyd edək ki, yeni qərara əsasən, 2026-cı ildən etibarən işsiz insanlar da tibbi sığorta üçün ödəniş etməli olacaqlar.
Əfsanə Kamal
Demokrat.az