Lionel Messinin "İnter Mayami"dəki gələcəyinə aydınlıq gəldi.

Offsideplus.az xəbər verir ki, futbolçu “İnter Mayami”də qalmağa davam edəcək. Argentinalı ulduz klubla müqaviləsini 2028-ci ilin iyun ayına qədər uzadıb. 

Klubun paylaşdığı videoda Messinin yeni müqaviləsini komandanın gələcək stadionunun tikinti sahəsində imzaladığı anlar əks olunub. Bu, həm “İnter Mayami”, həm də MLS-in inkişafı üçün böyük xəbər hesab olunur.