Avropa İttifaqının (Aİ) Ukraynaya görə Rusiyanın aktivlərinə həbs qoyması Kiyevə borclarını ödəməyə kömək etməyəcək və o, Moskvadan heç bir təzminat almayacaq.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Ukrayna hakimiyyəti borclarını ödəyə bilməyəcək", - deyə Zaxarova vurğulayıb.
Sözçü bəyan edib ki, son nəticədə Rusiya ehtiyatlarının hər hansı mümkün müsadirəsi və ya digər manipulyasiyasının nəticələrinə görə tam məsuliyyəti avropalılar daşıyacaq.