Vüqar Nadirov “İdman.biz”ə müsahibəsində klub prezidenti Vüsal Məmmədovdan başqa hamının işinə müdaxilə etdiyini, klubun maliyyə vəziyyətinin yaxşı olmadığını bildirib. Bu məsəyə aydınlıq gətirmək üçün Vüsal bəylə əlaqə saxladıq:
“Vüqar müəllim mənim dostumdu, qardaşımdı. Ailəvi dostuq. Aramızda narazılıq olmadı. Sadəcə, futbol bəxti üzünə gülmədi. İşdə hər şey ola bilər – ayrılıq da. Məşqçi elə şeydi ki, çantası həmişə əlində olur. Heç bir müdaxilə olmayıb. Azarkeşdi də. Nəticə olmayanda belə də... Futboldu da. Alınmayanda alınmır. Müdaxilə o idi ki, sahibkarlar narazılıq edirlər. Yüngül bir şeydi. Vüqar müəllim yaxşı məşçidi. Ona da, “Şəmkir”ə də uğurlar arzulayıram”.
MÜZƏFFƏR QULUZADƏ