Bakı. Trend:
Gürcüstanın Qori şəhərində Azərbaycan, Gürcüstan və TürkiyəMilli Müdafiə universitetlərinin rəhbər heyətləri arasındaüçtərəfli görüş keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
LEPL – David Ağmaşenebeli adına Milli Müdafiə Akademiyasındakeçirilən görüşdə Azərbaycan nümayəndə heyətinə Milli MüdafiəUniversitetinin rektorunun Elm və Təhsil üzrə müavini general-mayorArif Həsənov rəhbərlik edib.
Üçtərəfli görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın daha dainkişaf etdirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi vəpeşəkar hərbi qulluqçuların hazırlığında təcrübə mübadiləsiningücləndirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.
Müasir hərbi tədris metodlarının tətbiqi məsələlərinin dəmüzakirə edildiyi görüşdə qarşılıqlı maraq doğuran suallarcavablandırılıb.
LEPL-də yaradılan şəraitlə tanışlıqdan sonra nümayəndələr hər üçölkənin kursantları arasında müxtəlif idman növləri üzrə təşkiledilən yarışlarda iştirakçılara uğurlar arzulayıblar.
Sonda qaliblərə mükafatlar təqdim olunub.