RU

Peşə standartları üzə yeni meyarlar müəyyənləşir

BAKI, 23 oktyabr. TELEQRAF

Peşə standartlarının hazırlanması üzrə 2026-cı ildə 1,0 milyon manat vəsait nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu məsələ 2026-ci ilin büdcə zərfində öz əksini tapıb.

Beləki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na uyğun olaraq, müasir tələblərə cavab verən peşə standartlarının yaradılması və onların müntəzəm olaraq yenilənməsi mexanizminin tətbiqi, həmçinin təhsil kurikulumlarının peşə standartları əsasında hazırlanması əsas hədəflərdən biridir.

2026-cı il üçün planlaşdırılmış işlər çərçivəsində 100 yeni peşə və kvalifikasiya standartının hazırlanması və 135 mövcud standartın yenilənməsi nəzərdə tutulur. Bu, həm də təhsil sistemində kurikulumların peşə standartlarına uyğun şəkildə tərtib olunmasını təmin edərək əmək bazarında bilik və bacarıqların aktual saxlanmasına imkan yaradacaqdır. Qeyd etmək lazımdır ki, cari ildə artıq 1300-dən çox peşə və kvalifikasiya standartı Nazirliyin “e-sosial” internet portalının “Peşə və kvalifikasiya standartlarının reyestri”ndə yerləşdirilib.

Избранный
64
5
teleqraf.com

6Источники