RU

Qoridə Azərbaycan, Gürcüstan və Türkiyə MMU-larının rəhbər heyətləri görüşüb

Gürcüstanın Qori şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Milli Müdafiə universitetlərinin rəhbər heyətləri arasında üçtərəfli görüş keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, LEPL – David Ağmaşenebeli adına Milli Müdafiə Akademiyasında keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin rektorunun Elm və Təhsil üzrə müavini general-mayor Arif Həsənov rəhbərlik edib.

Üçtərəfli görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi və peşəkar hərbi qulluqçuların hazırlığında təcrübə mübadiləsinin gücləndirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Müasir hərbi tədris metodlarının tətbiqi məsələlərinin də müzakirə edildiyi görüşdə qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

LEPL-də yaradılan şəraitlə tanışlıqdan sonra nümayəndələr hər üç ölkənin kursantları arasında müxtəlif idman növləri üzrə təşkil edilən yarışlarda iştirakçılara uğurlar arzulayıblar.

Sonda qaliblərə mükafatlar təqdim olunub.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

0b5bf5f9abd45e3d021f7fc8610a1583

c72397c29b49e35ecc5f9c00a7546f71

Избранный
31
11
poliqon.az

10Источники