RU

Səyyahlar Yuxarı Gövhər Ağa məscidində – FOTOLAR

Səkkiz ölkədən olan beynəlxalq səyyahlar Şuşadakı Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki qonaqlar şəhərin ən görkəmli tarixi məkanı ilə tanış olublar.

Onlara həmçinin işğal illərində ermənilərin törətdikləri vəhşiliklər və aparılan bərpa işləri haqqında məlumat verilib.

Səkkiz ölkədən olan beynəlxalq səyyahlar Şuşanın mərkəzi meydanında abidələrə baxıblar.

Onlar şəhərin tarixi və mədəniyyəti ilə tanış olublar.

Səyyahlar Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmin nəticələrini öz gözləri ilə görüblər. Onlar Şuşa şəhərinin işğalı zamanı Natəvan, Bülbül və Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərinə baş çəkiblər.

Xatırladaq ki, “Extreme Travelers International Congress” (ETIC) klubunun səkkiz ölkədən – ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahları avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə iki günlük səyahətə başlayıblar.

 

Избранный
30
1
nocomment.az

2Источники