RU

Şəkərli diabet xəstəliyinin xərclərini icbari tibbi sığorta qarşılayacaq

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Şəkərli diabet xəstəliyi ilə bağlı xərclər İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına qarşılanacaq.

"Unikal" xəbər verir ki, bu barədə 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Qeyd olunub ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə biləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
48
1
unikal.az

2Источники