ABŞ prezidenti Donald Tramp Qəzza zolağına səfər edəcəyini açıqlayıb.
Busaat.az xəbər verir ki, o, “Time” jurnalına müsahibəsində bununla bağlı suala “Bəli, edəcəm”-cavabını verib.
ABŞ prezident administrasiyasının Qəzza münaqişəsinin həlli ilə bağlı daha əvvəl dərc olunmuş planına əsasən, anklav keçid dövrü üçün xarici idarəetməyə veriləcək. Planda təklif edildiyi kimi, “Sülh Şurası”na Tramp sədrlik edəcək və digər üzvlərinin adları daha sonra açıqlanacaq.
Sənəddə bu quruma Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyrin də daxil olacağı da qeyd edilib. Tramp hesab edir ki, “Sülh Şurası” çox nüfuzlu insanlar qrupu olacaq və Yaxın Şərqdə kifayət qədər gücə malik olacaq.
Oktyabrın 9-da Tramp İsrail və radikal Fələstin HƏMAS nümayəndələrinin Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış mövqelərə çıxarılmasını nəzərdə tutan sülh planının birinci mərhələsi üzrə razılığa gəldiyini açıqlayıb.
Yeganə