RU

Agentlik: Qırmızı Körpü Baytarlıq Nəzarəti Məntəqəsində ölkəyə idxal edilən heyvanlara klinik baxış keçirilir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax rayonunun Gürcüstanla sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində “Qırmızı Körpü” Baytarlıq Nəzarəti Məntəqəsində müvafiq tədbirlər davam etdirilir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Baytarlıq Nəzarəti Məntəqəsində ölkəyə idxal edilən heyvanlara klinik baxış keçirilir və termoskaner vasitəsilə termometriya aparılır. Xəstəlik şübhəsi olmayan heyvanlar dəhliz boyu hərəkət etdirilərək, yenidən yükləmə platformasına yönəldilir və avtomobilə yüklənərək yola salınır. Xəstəliyə şübhəli heyvanlar ümumi partiyadan ayrılaraq izolyatora yerləşdirilir, baytarlıq müfəttişləri tərəfindən müayinə, zərurət yaranarsa, müalicəsi davam etdirilir. Uyğunsuzluq aşkar edildiyi halda, heyvanların gömrük hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilir və heyvanlar geri qaytarılır.

Baytarlıq Nəzarəti Məntəqəsinin iş prinsipi barədə hazırlanmış videoçarxla linkdən tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
56
1
azertag.az

2Источники