RU

Xəyalə Mütəllimova: “Şuşa və Xankəndidə keçirilən tədbirlər QHT sektorunun dinamik inkişafını göstərdi”

"Şuşada 18–19 oktyabr tarixlərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” çox faydalı və maarifləndirici platforma oldu. İki gün ərzində QHT nümayəndələri layihə hazırlığı, planlaşdırma, məlumatların təhlili və tərəfdaşlarla əməkdaşlıq kimi vacib istiqamətlərdə bilik və bacarıqlarını inkişaf etdirdilər".

QHT.az xəbər verir ki, bu sözləri “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Xəyalə Mütəllimova QHT.az-aaçıqlamasında bildirib. Onun sözlərinə görə, bu cür proqramlar QHT-lərin institusional potensialının gücləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və daha effektiv fəaliyyət göstərmələrinə mühüm töhfə verir:

"Mənim üçün ən vacib məqam odur ki, iştirakçılar əldə etdikləri bilik və bacarıqları tətbiq etməklə həm öz təşkilatlarının fəaliyyətini inkişaf etdirəcək və eyni zamanda cəmiyyətə daha böyük töhfə verəcəklər. Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatların təqdim edilməsi həm motivasiya baxımından, həm də əldə edilən biliklərin rəsmi şəkildə tanınması baxımından mühüm addımdır. Qeyd edim ki, Agentliyin bu günə qədər həyata keçirdiyi “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı”nda artıq 600-ə yaxın QHT nümayəndəsi iştirak edib. Bu, sektorun genişlənməsi və peşəkarlaşması istiqamətində əhəmiyyətli nailiyyətdir".

QHT sədrinin sözlərinə görə, 20 oktyabrda Xankəndi Konqres Mərkəzində baş tutan Forum mühüm mesajlar verdi və dövlət–QHT münasibətlərinin qarşılıqlı məsuliyyət və şəffaflıq prinsipləri əsasında qurulduğunu bir daha nümayiş etdirdi. O vurğulayıb ki, Forum zamanı QHT-lərin azad edilmiş ərazilərdə reinteqrasiya, sosial adaptasiya və ictimai dəyərlərin təbliği istiqamətində fəal iştirakı xüsusi qeyd edilib:

"Belə platformalar QHT-lərin həm dövlət qurumları ilə, həm də bir-biri ilə əməkdaşlığını gücləndirir və fəaliyyətlərinə strateji baxış qazandırır. “Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirəsində görkəmli alim və tədqiqatçılar türkman irsinin qorunması, ortaq mədəni dəyərlərin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın genişləndirilməsi barədə dərin müzakirələr apardılar. Bu, həm mədəni, həm də ictimai baxımdan önəmli təşəbbüsdür".

Xəyalə Mütəllimova sonda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bu cür mühüm təşəbbüslərə görə təşəkkür edib və qeyd edib ki, Şuşada və Xankəndidə keçirilən tədbirlər Azərbaycanın QHT sektorunun dinamik inkişafda olduğunu bir daha sübut etdi:

“Bu inkişafda birliyimiz, paylaşdığımız dəyərlər və qarşılıqlı əməkdaşlığımız xüsusi rol oynayır.”

 

Pərvanə Fərhadqızı

Избранный
118
qht.az

1Источники