RU

DƏHŞƏT: Bir yaşlı körpəsinə kazino reklamı üçün döymə etdirdi - VİDEO

Rusiyada sosial şəbəkələrdə yayılan dəhşətli video izləyicilərin hiddətinə səbəb olub. Videoda bir ailənin bir yaşlı körpəsinin bədəninə kazino reklamı üçün döymə etdirməsi əks olunub.

Musavat.com xəbər verir ki, valideynlər bu hərəkətlərini belə əsaslandırıblar:

“Qalibə mənzil verilirdi, kirayələrdə sürünməkdən canımız qurtarsın deyə iştirak etdik”.

Kadrda körpənin ağladığı və əzab çəkdiyi aydın görünür. İzləyicilər isə hadisənin İstintaq Komitəsinə təqdim olunmasını tələb ediblər. Bəziləri isə bildiriblər ki, “bəlkə döymə saxtadır, amma uşaq bütün video boyu ağlayır”.

Musavat.com

Избранный
118
musavat.com

1Источники