Ümumilikdə, ABŞ və Rusiya arasında Ukrayna məsələsində diplomatik razılaşmanın əldə olunması hələlik mümkün görünmür. Trampın Putinə görüşdən imtina etməsi də məhz nəticəsiz perspektivlə bağlıdır.
Əgər Budapeşt görüşü baş tutsaydı belə, onun Alyaska danışıqları kimi nəticəsiz qalacağı ehtimal olunurdu. Bu cür nəticə Tramp administrasiyasının mövqeyinə mənfi təsir göstərə bilərdi. Bununla yanaşı, belə görüşlərin keçirilməsi isə daha çox Vladimir Putinin maraqlarına xidmət edir.
Görüşün təxirə salınmasından sonra ABŞ-ın Ukraynaya hərbi yardımları artırması və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi gözlənilir.
Rusiyanın zəifləməsi Azərbaycanın geosiyasi mövqelərini gücləndirir. Bununla yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni bir siyasi nizam yaranır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31