RU

Epizootik vəziyyətlə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb

Bakı. Trend:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmiməlumatlarına əsasən, İsrail Dövlətinin Cənub dairəsindəxırdabuynuzlu heyvanların taun xəstəliyi, Braziliya FederativRespublikasının Riu-Qrandi-du-Sul ştatında Nyukasl xəstəliyi,Argentina Respublikasının Buenos Ayres əyalətində isə qeydə alınmışyüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayanheyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğvedilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootiksağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucuxəstəliklərdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyitərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eynizamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinəmüraciət olunub.

Məqalədə:
Избранный
54
5
az.trend.az

9Источники