RU

“Benjamin” qasırğası Fransada qatarların hərəkətini iflic etdi

“Benjamin” qasırğası Fransanın 8 bölgəsində qatarların hərəkətində gecikmə və dayanmalara səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə yerli BFMTV telekanalı məlumat yayıb.

Ölkənin qərb, şimal və mərkəzi bölgələrində xidmətdə fasilələr qeydə alınıb. Fransanın dəmir yolu daşıyıcısı olan SNCF sərnişinlərə mobil tətbiqdə qatarların statusunu yoxlamağı tövsiyə edib. 

Bəzi yerlərdə küləyin sürətinin 160 km-ə çatdığı bildirilir. Ölkənin 19 departamentində narıncı səviyyəli hava təhlükəsi elan edilib.

Qasırğa həmçinin elektrik təchizatında fasilələrə səbəb olub.

 

Избранный
50
1
redaktor.az

2Источники