RU

“Akkord” - “böyük məbləğdə borcumuz yoxdur, cüzi borc isə “Azərsu”dan alacaqlarımıza görə yaranıb...”


“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin külli miqdarda vergi borclarının yaranması ilə bağlı mətbuatda yayılan məlumatlara “Akkord” aydınlıq gətirib. “Akkord”dan baki-xeber.com-a verilən rəsmi açıqlamada bildirlir: “Son zamanlar kütləvi informasiya vasitələrində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və onun törəmə müəssisələrinin vergi borcları barədə bır sıra həqiqəti əks etdirməyən və dəqiqləşdirilməsinə ehtiyac olan məlumatlar yayılmışdır. Bununla əlaqədar olaraq, aşağıdakıları qeyd etmək istəyirik.

Mediada “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 22.02.2024-cü il tarixə olan vergilər üzrə borcu qeyd olunmuşdur. Bildirmək istəyirik ki, bu məlumatın üzərindən 2 ilə yaxın bir dövr keçmişdir və hazırda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin vergilər üzrə hər hansı bir borcu yoxdur.
Yayılmış digər məlumatda isə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Akkord Hydrotechnical Constrcution Company” MMC-nin 4.4 milyon borcunun olduğu əks olunmuşdur. Bildirmək istəyirik ki, “Akkord Hydrotechnical Constrcution Company” MMC-nin vergilər üzrə borcu mövcuddur, lakin bu rəqəm mediada səsləndirilən məbləğdən bir neçə dəfə azdır. Bu borcun yaranmasına əsas səbəb, müəssisənin “Azərsu” ASC-dən görülmüş işlərə görə xeyli miqdarda debitor borcunun mövcud olması və hələ də bu məbləği ala bilməməsidir. Bu məsələnin həll olunması istiqamətində Dövlət Vergi Xidməti, “Azərsu” ASC və Müəssisənin birgə əməkdaşlıq şəklində fəaliyyəti davam etməkdədir”.
Açıqlmada qeyd olunur ki, kütləvi informasiya vasitələrində adı qeyd olunmuş “Akkordian Traden” MMC adlı şirkət ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC -nin heç bir hüquqi bağlılığı və işgüzar əlaqəsi yoxdur, onun törəmə müəssisəsi deyildir: ““Akkord Qum” MMC isə 2011-ci ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qoşulmuşdur, bu müəssisənin 15 ildir ki, heç bir müstəqil fəaliyyəti və vergi borcu yoxdur.
Digər məlumatla bağlı bildirmək istəyirik ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Hydraulic Mechanisms Company” MMC-nin vergilər üzrə 172.000 manat borcu həqiqətən də mövcuddur və bu borcun ödənilməsi istiqamətində Dövlət Vergi Xidməti ilə “Hydraulic Mechanisms Company” MMC qarşılıqlı əməkdaşlığı davam etdirilir və bu ilin sonuna qədər borcun ödənilməsi nəzərdə tutulur.
Son olaraq, media nümayəndələrindən və sayt rəhbərlərindən hər hansı bir məlumatı yayarkən o məlumatın aid olduğu fiziki və ya hüquqi şəxslə dəqiqləşdirmələri, media haqqında Qanunun tələblərini işlərində rəhbər tutmaları, ictimaiyyət arasında şəxsin işgüzar nüfuzuna xələl gətirəcək hər hansı addımdan çəkinmələri xahiş olunur”.
İradə SARIYEVA

Избранный
56
1
baki-xeber.com

2Источники