RU

Keçmiş məcburi köçkün: Ən böyük arzumuz gerçəyə çevrilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Xocalı, 23 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Torpaqlarımızın işğaldan azad olunması və doğma yurda qayıdış ən böyük arzumuz idi. Bu arzu indi gerçəyə çevrilib. Allahımıza şükür edirəm ki, bu günü görmək nəsibim oldu. Dövlətimizə, Ordumuza, Prezidentimizə minnətdaram.

Bu sözləri bu gün Xocalı rayonunun Təzəbinə kəndinə köç edən keçmiş məcburi köçkün Reyhan Teymurova deyib.

“İndi isə arzum odur ki, torpağımızda bundan sonra sülh, firəvanlıq olsun, bir də heç vaxt köçkünlük, ağrı-acı yaşamayaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Xocalının Təzəbinə kəndinə növbəti köç karvanı ilə 12 ailə - 55 nəfər keçmiş məcburi köçkün qayıdıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
104
4
azertag.az

5Источники