David Alaba yenidən sıradan çıxıb.
"Football-plus.az" xəbər verir ki, “Real”ın oyunçusu İspaniya çempionatının 9-cu turunun “Xetafe” ilə oyununda zədələnib. Sağ ayaq baldırı xəsarət alan avstriyalı müdafiəçinin təxminən on gün oynaya bilməyəcəyi ehtimal edilir. David bu səbəbdən Çempionlar Liqasında “Yuventus”a, La Liqada isə “Barselona”ya qarşı oynaya bilməyəcək.
O, cari mövsümdə İspaniya çempionatında 3, Çempionlar Liqasında isə 1 oyun keçirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта