Bu gün kişi voleybolçulardan ibarət "Azerreyl" klubu Çempionlar Liqasında mübarizəyə start verəcək.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin 1-ci turunda "Radniçki" (Serbiya) ilə qarşılaşacaq.
Tərəflərin birinci görüşü Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Oyun saat 19:00-da başlayacaq.
Qeyd edək ki, cavab qarşılaşması oktyabrın 29-da olacaq.
Nihat