RU

Futbol tarixində Leandro Andrade kimisi olmayıb - "Qarabağ"lıdan inanılmaz nəticə

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal uğura imza atıb.

Fanat.Az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu üç fərqli oyunda - “Hakken” (2023-cü il dekabr), FKSB (2025-ci il yanvar) və “Atletik Bilbao”ya qarşı qitəmiqyaslı matçların 1-ci dəqiqəsində qol vurmaqla rekord müəyyənləşdirib.

Bu nəticə ilə Andrade Avropa turnirlərində üç fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi adını futbol tarixinə yazdırıb.

Dekabr 2023 – “Qarabağ” vs “Hekken” – UEFA Avropa Liqasının qrup mərhələsi

Yanvar 2025 – “Qarabağ” vs FKSB – UEFA Konfrans Liqasının pley-off mərhələsi

Oktyabr 2025 – “Qarabağ” vs “Atletik” – UEFA Çempionlar Liqasının Liqa mərhələsi

Избранный
37
14
fanat.az

10Источники