RU

ARDNF nin Yaxın Şərq regionuna investisiyalarının payı kəskin artıb

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Yaxın Şərq regionu ölkələrində 1,4 % təşkil edib.

Bu barədə 525.az Fonda istinadən xəbər verir.

2024-cü ilin oktyabrın əvvəlinə müvafiq olaraq bu rəqəm 0,3 % təşkil edib ki, bu da 1,1 % artım deməkdir.

Avropa ölkələrinin payı 30,1 % olub. Bu rəqəmlər 2024-cü ilin oktyabrın əvvəlinə müvafiq olaraq 29,1 % təşkil edib ki, bu da 1 % azalma deməkdir.

Asiya regionu ölkələrinin payı 8,5 % olub ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 2,3 faiz bəndi azdır.

Digər regionlardan Şimali Amerikanın payı 33,1 %-dən 24,8 %-ə enib, Avstraliya və Yeni Zelandiyanın payı dəyişməz olaraq 0,7 %-dən 1 %-ə qalxıb. Latın Amerika regionunun payı isə dəyişməyərək 0,1 % səviyyəsində qalıb.

Afrika regionuna yatırılan investisiyaların payı 0,1 %-dən 0,02 %-ə düşüb.

ARDNF-in investisiyalarında beynəlxalq maliyyə təşkilatlarının payı isə 7,1 %-dən 4,8 faiz bəndi azalaraq 2,3 %-dək enib.

Qeyd edək ki, bu ilin oktyabrın 1-nə ARDNF-nin investisiya portfelinin dəyəri 70 milyard 160,3 milyon ABŞ dolları təşkil edib.Bu, 2024-cü ilin oktyabrın 1-i ilə müqayisədə 8 milyard 969,5 milyon ABŞ dolları və ya 14,7 % çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
106
525.az

1Источники