RU

Quldurlar avtobus sərnişinlərini qarət ediblər

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniyanın Bavariya əyalətində cinayət dramını xatırladan soyğunçuluq hadisəsi baş verib. Reyting.az-ın məlumatına görə, silahlı və maskalı qrup magistral yolda avtobusu saxlayaraq sərnişinləri qarət edib.Hadisə gecə yarısı A93 avtomobil yolunun Aiglsbax dolama yolu yaxınlığında baş verib.Polisin məlumatına görə, saat 03:30 radələrində 3 silahlı şəxs avtobusu saxlayıb, silahlanmış və özlərini sərnişinləri yoxlayırmış kimi davranan soyğunçular sərnişinlərin pulunu və şəxsi əşyalarını oğurlayıblar.Ağ rəngli mikroavtobusla gəldikləri müəyyən edilən quldurlar Münxen istiqamətində qaçıblar. Polis avtomobilin alman nömrələrinə malik olduğunu bildirib. Hadisə yerinə çağrılan qrupların başlatdığı genişmiqyaslı axtarış əməliyyatı indiyədək nəticəsiz qalıb. Oğurluq zamanı avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb.V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
95
1
reyting.az

2Источники