Aktual.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
Onun sözlərinə görə, bu daşına bilən hava hücumundan müdafiə sistemləri Karib dənizində yerləşdirilən ABŞ qüvvələrinə qarşı istifadə edilə bilər:
"Sistemlər əsas hava hücumundan müdafiə mövqelərində quraşdırılıb”.
Qeyd edək ki, söhbət "İqla-S” daşına bilən hava hücumundan müdafiə sistemlərindən gedir.