ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyanın sülh prosesinə ciddi maraq göstərməməsi səbəbindən əlavə sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə Xəzinədarlıq Departamentinin mətbuat xidməti məlumat yayıb.
"Bugünkü sanksiyalar Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoyl”u hədəf alır", - bəyanatda deyilir.
Departament əlavə edib ki, ABŞ Maliyyə Nazirliyi lazım gələrsə, prezident Trampın münaqişəyə son qoymaq səylərini dəstəkləmək üçün əlavə tədbirlər görməyə hazırdır. Departament həmçinin müttəfiqləri bu sanksiyalara qoşulmağa və əməl etməyə çağırıb.
Məhdudiyyətlər “Lukoyl” və “Rosneft”in Rusiyada yerləşən törəmə şirkətlərinə də şamil edilib.
Ağarza Elçinoğlu