RU

Tramp: "Hər dəfə Vladimirlə danışanda söhbətlərimiz yaxşı olur, amma nəticə olmur"

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Ryutte ilə Ağ Evdə keçirdiyi görüşdə həm Rusiya-Ukrayna müharibəsi, həm də qlobal təhlükəsizlik məsələləri ilə bağlı bir sıra vacib açıqlamalar verib.

Tramp bildirib ki, münaqişə tərəfləri cəbhə xəttində mövqelərini saxlamalı və döyüş əməliyyatlarını dayandırmalıdırlar. Onun sözlərinə görə, ABŞ sülhün bərpası üçün bütün diplomatik imkanları işə salmağa hazırdır: "Rusiya və Ukrayna hazırkı mövqeləri dondurmalı və müharibəni dayandırmalıdır. Biz müharibənin dayanmasına çalışırıq."

Prezident həmçinin qeyd edib ki, Putinlə apardığı danışıqlar yaxşı keçsə də, hələlik nəticə verməyib: "Hər dəfə Vladimirlə danışanda söhbətlərimiz yaxşı olur, amma nəticə olmur. Mən həmişə hiss etmişəm ki, Putin hər şeyi tam istəyəndir, indi isə danışıqlara hazır görünür."

Tramp Tomahawk raketləri ilə bağlı da mövqeyini açıqlayıb: "Bu raketlərdən istifadəni öyrənmək üçün ən azı 6 ay lazımdır. Yeganə yol onları atmaqdır, amma biz bunu etməyəcəyik."

ABŞ prezidenti vurğulayıb ki, Ukrayna Amerikanın deyil, Avropanın raketlərindən istifadə edir, Vaşinqton isə yalnız NATO-ya silah satır: "Biz Ukraynaya silah satmırıq, biz onu NATO-ya satırıq." 

d45c2b88-0cc6-44cd-a942-bae15e712ea5.jpeg

Tramp, həmçinin nüvə potensialı məsələsinə toxunaraq, ABŞ-ın dünyanın ən böyük nüvə arsenalına sahib olduğunu, Rusiyanın ikinci, Çinin isə üçüncü yerdə olduğunu bildirib. Onun sözlərinə görə, Çin 4-5 il ərzində bu fərqi aradan qaldıra bilər.

Görüşdə Tramp Kolumbiya prezidenti Qustavo Petronu da sərt tənqid edib: "O, narkotik istehsalını təşviq edən banditdir. Kolumbiyada kokain istehsalı fabrikləri var. Əgər ehtiyatlı davranmasa, ölkəsinə qarşı çox ciddi tədbirlər görəcəyik."

Siyasi müşahidəçilər Trampın bu açıqlamalarını yeni strateji mərhələnin başlanğıcı, həm də Rusiya ilə mümkün sülh danışıqlarının siqnalı kimi qiymətləndirirlər. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
30
2
olaylar.az

10Источники