RU

Tramp Putinlə görüşünü niyə ləğv etdiyini açıqladı

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Budapeştdə rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv etdiyini açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, dövlət başçısı Rusiyaya qarşı sanksiyaların vaxtının yetişdiyini bildirib.

"Məndə elə təəssürat yarandı ki, istədiyimiz məqsədə çatmayacağıq, amma gələcəkdə görüşəcəyik", - ABŞ lideri bəyan edib.

Tramp, həmçinin Rusiyaya qarşı yeni sanksiyaların uzun müddət qüvvədə olmayacağına ümid etdiyini deyib.

Ukraynaya "Tomahavk" raketlərinin verilməsinə gəlincə, Ağ Ev rəhbərinin sözlərinə görə, bu raketlərdən necə istifadə edildiyini yalnız ABŞ bilir və başqalarına öyrətmək niyyətində deyil.

Oxu.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
3
hurriyyet.az

4Источники