Çempionlar Liqası: “Çelsi”, “Liverpul” və “Bavariya”dan böyük hesablı qələbə
UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura yekun vurulub.
aia.az xəbər verir ki, son oyun günündə daha 7 qarşılaşma keçirilib.
"Qarabağ"ın rəqiblərindən “Çelsi” İngiltərədə “Ayaks”ı, "Liverpul" isə Almaniyada “Ayntraxt”ı darmadağın edib. "Bavariya" isə Almaniyada Belçika "Brügge"sinin qapısından 4 cavabsız top keçirib.
"Real Madrid" isə İspaniyada İtaliyanın "Yuventus" klubuna minimal hesabla qalib gəlib.