RU

Türkiyədə bir gündə yüzlərlə qanunsuz miqrant saxlanıldı

Türkiyə Daxili İşlər Nazirliyinin 81 vilayətdə həyata keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində son sutka ərzində 783 qeyri-qanuni miqrant saxlanılıb. Eyni zamanda, qanunsuz miqrasiya və miqrant alveri ilə məşğul olan 169 şəxs barədə hüquqi tədbirlər görülüb.

Publika.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Əməliyyat çərçivəsində ölkə üzrə 6897 ictimai yerdə sənəd yoxlaması aparılıb. Bu tədbirlərə 27 347 hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub. Ümumilikdə 430 454 şəxsin sənədləri yoxlanılıb. 457 avtobus və qatar vağzalında yoxlamalar xüsusi nəzarət altında həyata keçirilib.

Избранный
19
8
publika.az

9Источники