RU

ABŞ “Rosneft” və “Lukoil”a sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyanın Ukraynada müharibəni dayandırmaq üçün sülh prosesinə ciddi şəkildə sadiq olmaması səbəbindən bu ölkəyə qarşı yeni sanksiyalar paketi tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyə Nazirliyinin saytında məlumat verilib.

Qeyd olunur ki, bu addım Rusiyanın enerji sektoruna təzyiqi artırmaq, həmçinin Kremlin müharibə maşını üçün maliyyə toplamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

“İndi qətlləri dayandırmaq və dərhal atəşkəs əldə etmək vaxtıdır. Prezident Putinin bu mənasız müharibəni dayandırmaqdan imtina etdiyini nəzərə alaraq, Maliyyə Nazirliyi Kremlin müharibə maşınını maliyyələşdirən Rusiyanın iki ən böyük neft şirkətinə qarşı sanksiyalar tətbiq edir. Əgər zərurət yaranarsa, Prezident Trampın müharibəyə son qoymaq səylərini dəstəkləmək üçün əlavə tədbirlər görməyə hazırıq. Müttəfiqlərimizi də bu sanksiyalara qoşulmağa çağırırıq”, - maliyyə naziri Skott Bessent bildirib.

Yeni sanksiyalar “Rosneft” və “Lukoil” şirkətlərini hədəf alır.

Qeyd edək ki, bir neçə gün öncə Böyük Britaniya da bu şirkətlərə qarşı sanksiya tətbiq etmişdi.

Избранный
72
3
apa.az

10Источники