BAKI, 23 oktyabr. TELEQRAF
Meta süni intellekt layihələrində çalışan təxminən 600 əməkdaşını ixtisar etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" şirkət daxilində yayılan məlumata istinadla xəbər verir.
Mənbələrin bildirdiyinə görə, qərarın məqsədi şirkətin daxili bürokratiyanı azaltmaq və idarəetməni daha çevik etməkdir. Bu addım, Meta-nın süni intellekt sahəsinə milyardlarla dollarlıq investisiyalar yatırdığı bir vaxtda atılır.
İxtisarlar süni intellekt infrastrukturunun qurulması, əsas tədqiqatlar və tətbiqi məhsullar üzərində işləyən mütəxəssislərə təsir edəcək. Bununla yanaşı, şirkət bəzi əməkdaşları digər vəzifələrə keçirməyi planlaşdırır.
Meta-nın nümayəndəsi xəbəri CNBC-yə təsdiqləyərək, bunun “optimizasiya prosesi” çərçivəsində həyata keçirildiyini bildirib.