RU

Tramp: ABŞ Ukraynaya Rusiya ərazilərinə uzaqmənzilli zərbələr endirməyə icazə verməyib...

Ağ Ev The Wall Street Journal-ın iddiasını təkzib edib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp The Wall Street Journal qəzetində yayılan “Vaşinqtonun Kiyevə Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verdiyi” barədə məlumatı qəti şəkildə təkzib edib. Prezidentin sözlərinə görə, ABŞ Ukraynaya yalnız öz ərazisini qorumaq üçün lazım olan müdafiə vasitələrini təqdim edir və Rusiya ərazisində hücum əməliyyatlarına heç bir icazə verilməyib.

Tramp bəyan edib ki, onun administrasiyası münaqişənin daha da dərinləşməsinin əleyhinədir və məqsəd Ukraynada atəşkəsə nail olmaqdır.

“Bizim siyasətimiz aydındır. ABŞ bu münaqişənin böyüməsini istəmir. Biz Ukraynanın özünü müdafiə etməsini dəstəkləyirik, lakin Rusiyanın daxilinə hücumları dəstəkləmirik”, deyə o vurğulayıb.

Ağ Ev rəsmiləri də məsələ ilə bağlı əlavə açıqlama verərək bildiriblər ki, WSJ-nin istinad etdiyi məlumat reallığı əks etdirmir və ABŞ-ın hərbi yardımı yalnız müdafiə xarakteri daşıyır. Rəsmilərin sözlərinə görə, bu cür yanlış xəbərlər diplomatik səylərə zərbə vurur və regionda gərginliyin artmasına xidmət edir.

Analitiklər hesab edirlər ki, Trampın bu bəyanatı ABŞ-nin Ukrayna siyasətində ehtiyatlı yanaşmanı qoruyub saxlamaq niyyətindən xəbər verir. Rəsmi Vaşinqton, görünür, həm Kiyevə dəstəyini davam etdirmək, həm də Moskva ilə birbaşa qarşıdurmadan yayınmaq arasında balansı qorumağa çalışır.

Poliqon.info

Избранный
79
50
poliqon.info

10Источники