RU

Rafinya “El Klasiko”da meydana çıxmağa hazırdır

Həftəsonu İspaniya futbol azarkeşləri “El Klasiko”ya diqqət yönəldəcək – “Real” öz meydanında “Barselona”nı qəbul edəcək.

90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin cinah oyunçusu Rafinya “San­tiyaqo Bernabeu”da meydana çıxmağa hazırdır. Braziliyalı futbolçu artıq ümumi məşq prosesində iştirak edib və onun sağlamlığı ilə bağlı heç bir problem müşahidə olunmayıb.

Rafinya sentyabrın sonunda “Barselona”nın La Liqada “Real Oviedo”ya qarşı oyunda zədələnərək demək olar ki, bir ay meydana çıxa bilməyib. Bundan sonra braziliyalı oyunçu “sine-qranata”ların həm çempionat, həm də Çempionlar Liqasındakı beş matçını buraxıb.

Qeyd edək ki, “Real” və “Barselona” arasında görüş oktyabrın 26-sı, bazar günü keçiriləcək və Bakı vaxtı ilə saat 19:15-də başlanacaq.

Избранный
89
90deqiqe.az

1Источники