RU

Husilər BMT əməkdaşlarını azad edib

Azad olunan 12 nəfər artıq Sananı tərk edib...

Poliqon xəbər verir ki, husilər tərəfindən Yəməndə girov saxlanılan Birləşmiş Millətlər Təşkilatının (BMT) xarici əməkdaşları azad olunub. Bloomberg Agentliyinin məlumatına görə, azad edilən 12 nəfər artıq paytaxt Sananı tərk edib, daha üç nəfərin isə hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Məlumata əsasən, husilərin BMT-nin Yəməndəki qərargahına hücumu zamanı saxlanılmış beş yerli əməkdaş da bazar ertəsi azad olunub. Bununla belə, ölkə üzrə husilərin ixtiyari həbsində qalan BMT əməkdaşlarının sayı hələ də 50-dən çoxdur. Onların bir qismi artıq bir neçə ildir ki, azadlıqdan məhrum vəziyyətdə saxlanılır.

Hadisə beynəlxalq təşkilatlar tərəfindən Yəməndəki humanitar vəziyyətin pisləşməsinin və husilərin beynəlxalq hüquqa zidd davranışlarının növbəti nümunəsi kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
22
poliqon.info

1Источники