RU

"Mançester Siti" son qələbəsində həm sevindi, həm də kədərləndi

style='margin-bottom:10px;'>

"Mançester Siti"nin UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində "Vilyarreal" üzərində 2:0 hesablı qələbə qazandığı səfər matçı günü bədbəxt hadisə baş verib.

Qol.az xəbər verir ki, klubun sadiq azarkeşlərindən biri İspaniyada oyun günü faciəvi şəkildə dünyasını dəyişib. "Şəhərlilər" baş vermiş hadisə ilə bağlı dərin kədərlərini ifadə edərək  "X" sosial şəbəkəsində rəsmi başsağlığı yayıblar. 

"Dünən axşam "Vilyarreal"la oyundan əvvəl İspaniyada faciəvi şəkildə həlak olan "Mançester Siti" azarkeşi Qay Bredşounun vəfatı xəbəri bizi dərindən sarsıtdı. Klubun bütün üzvləri bu ağır və çətin məqamda onun ailəsinə, dostlarına və bütün azarkeşlərə dərin hüznlə başsağlığı verir”.

Избранный
30
1
teleqraf.com

2Источники