ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti arasında Tokioda keçirilən UMAC-2025 konfransında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.
Bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində yazıb.
"Azərbaycanlı tərəfdaşlarımıza dəstəyinə görə təşəkkür edirik – Təhlükəsizlik və sadəcə sülh naminə birlikdə!", - o qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.