RU

Sumqayıtın bu ərazilərində qaz olmayacaq

Ajans.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən bildirilib. Qeyd olunub ki, Sumqayıt şəhərində Tuq zavodu ərazisində yerləşən D76 mm-lik qaz xəttində sızmanın ləğv edilməsi, eləcə də Ceyranbatan qəsəbəsi, Parnik ərazisində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, oktyabrın 23-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək 900 abonentin qaz təchizatında fasilə yaranacaq.

Sumqayıt QİS bildirir ki, qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Избранный
25
20
Ajans.az

10Источники