GƏNCƏ, 22 oktyabr. TELEQRAF
Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza şəhərin Atatürk prospketi ilə Ş.İ.Xətai prospektinin kəsişməsində qeydə alınıb.
"Ford" markalı avtomobillə "VAZ 2107" -in toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
 
                         
  
 