RU

Paşinyan: Gümrü merinin həbsi ilə əlaqəm yoxdur

BAKI, 22 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Gümrü meri Vardan Qukasyanın həbsi ilə bağlı özünün heç bir əlaqəsinin olmadığını bəyan edib.

Teleqraf xəbər verir ki, o, bu barədə Ermənistan parlamentində çıxışı zamanı bildirib.

"Mənim fikirlərim mənə qarşı istifadə oluna bilər, amma başqalarına qarşı necə istifadə edilə bilər? Vardan Qukasyan guya düşüncələrinə və davranışlarına görə saxlanılıb deyirlər. Bunun mənim fikirlərimlə nə əlaqəsi var?",- o qeyd edib.

Xatırladaq ki, oktyabrın 20-də səhər saatlarında hüquq-mühafizə orqanları Gümrü meri Vardan Qukasyanı və 7 nəfəri korrupsiya ittihamı ilə həbs edib.

Избранный
92
teleqraf.com

1Источники