RU

Gümrüdə müxalifətçi meri dəstəkləyən 37 nəfər saxlanıldı

ain.az, Bizim media saytına istinadən bildirir.

Gümrü meriyası qarşısındakı aksiyadan sonra 37 nəfər saxlanılıb.Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistan İstintaq Komitəsi yayıb.

 

Komitənin məlumatına əsasən, həmin şəxslər barəsində kütləvi iğtişaşlarda iştirak və ədalət mühakiməsinə mane olma faktları üzrə cinayət işləri başlanıb. Onlardan 10 nəfərə qarşı ayrıca ədalət mühakiməsinə maneə törətmə əlamətləri ilə cinayət işi açılıb.

Vətəndaşlar müxalif yönümlü Gümrü meri Vardan Qukasyanın saxlanmasına mane olmaq məqsədilə toplaşdıqları üçün saxlanılıblar.Xatırladaq ki, Gümrü meri Vardan Qukasyan və meriyanın baş memarı rüşvət almaqda ittiham olunurlar. Mer və daha 7 nəfər barəsində cinayət işi başlanıb.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
79
1
bizim.media

2Источники