RU

"Fərhadın heykəli" gələn il ucaldılacaq - Rəsmi

Ağdam şəhər mərkəzi parkında yerləşdiriləcək "Fərhadın heykəli" üzərində işlər davam edir.

News24.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi məlumat verib. 

O bildirib ki, Xalq rəssamı Tokay Məmmədovun orijinal eskizi əsasında hazırlanan bu layihə şəhərimizin simvollarından birini əbədiləşdirəcək: 

"Əsərin bərpası ilə Azərbaycan Respublikasının xalq rəssamı Hüseyn Haqverdiyev məşğul olur. Heykəlin texniki parametrlərinin icrası isə Sənan Cəfərovun səlahiyyətindədir. Layihənin baş kuratoru  Azərbaycan Respublikasının əməkdar rəssamı, elmlər doktoru Rəşad Mehdiyevdir. Heykəlin gələn il ucaldılması nəzərdə tutulur".



Избранный
16
11
news24.az

10Источники