RU

Rusiyanın hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

Kaluqa hava limanında mülki təyyarələrin buraxılışı və qəbulu ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 22-də "Rosaviasiya"nın mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.

"Kaluqa hava limanı (Qrabtsevo). Təyyarələrin qəbulu və buraxılışı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb", - o yazıb.

Bu tədbirlərin uçuş təhlükəsizliyi ilə əlaqədar tətbiq edildiyi dəqiqləşdirilib.

Həmin gün səhər saatlarında Korenyako Kaluqa hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlamışdı. O, bunun uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu bildirib.

QAZİLER.AZ

Избранный
50
qaziler.az

1Источники