RU

Xankəndində keçirilən QHT Forumunda iştirak bizim üçün təcrübə, inkişaf və yeni tərəfdaşlıqlar üçün fürsət oldu 

Xankəndində keçirilən QHT-lərin əməkdaşlıq forumu mənim üçün çox önəmli və yaddaqalan bir tədbir oldu. Yeni fəaliyyətə başlayan bir təşkilat olaraq bu Forum bizə həm böyük təcrübə qazandırdı, həm də yeni tərəfdaşlıqlar qurmaq üçün dəyərli imkanlar yaratdı.

Burada müxtəlif QHT nümayəndələri, dövlət qurumları və beynəlxalq təşkilatlarla bir araya gəlmək, fikir və təcrübə mübadiləsi aparmaq, gələcək layihələr üçün əməkdaşlıq perspektivlərini müzakirə etmək çox faydalı oldu. Forumun əsas məqsədi vətəndaş cəmiyyətinin imkanlarını genişləndirmək, ölkə daxilində və beynəlxalq səviyyədə qarşılıqlı əlaqələri möhkəmləndirmək idi.

Panel müzakirələri və çıxışlar zamanı Qlobal Cənub platformasının inkişafı, eləcə də mədəni və tarixi irsimizin qorunması, onun dünyaya tanıdılması kimi aktual məsələlərə toxunuldu. Bu mövzular bir daha göstərdi ki, müasir dövrdə QHT-lərin fəaliyyəti yalnız sosial layihələrlə məhdudlaşmır — onlar həm də qlobal sülhə, davamlı inkişafa və mənəvi dəyərlərin yaşadılmasına töhfə verirlər.

Xüsusilə Zəfərimizin 5-ci ildönümündə Xankəndində belə bir tədbirin keçirilməsi böyük rəmzi və mənəvi məna daşıyır. Bu Forum, eyni zamanda, Qarabağın dirçəlişində və bölgədə vətəndaş cəmiyyətinin fəal iştirakında mühüm addım kimi qiymətləndirilməlidir. Bizim kimi yeni təşkilatlar üçün bu cür platformalar həm öyrənmək, həm inkişaf etmək, həm də səsimizi daha geniş auditoriyaya çatdırmaq baxımından ilham mənbəyidir.

 


Elnurə Abuşova, 
“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin sədri

Избранный
60
qht.az

1Источники