RU

Erməni spiker II Qareginin legitimliyini tanımır

Katolikos II Qareginin legitimliyini tanımıram və onun rəhbərlik etdiyi strukturu qeyri-legitim sayıram.
APA xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün brifinqdə deyib.
"Katolikos kimdir? Mən belə bir şəxsi tanımıram. Bu adam öz andını pozub", – Simonyan bildirib.
Eçmiədzin tərəfindən keşiş Aram Asatryanın ruhanilikdən uzaqlaşdırılması və artıq Erməni Kilsəsi adından liturgiya keçirmək hüququnun olmaması ilə bağlı suala cavab verən Simonyan həmin strukturu qeyri-legitim adlandırıb: "Bu, qeyri-legitim bir qurumdur. Ktriç Nersisyan (II Qaregin) başa düşməlidir ki, dediyi kimi, “evlərimizə qədər gəlirlər”, qoy bu işi son həddə çatdırmasın... Onsuz da gedəcək”.
Избранный
48
8
sherg.az

9Источники