RU

SLS raketi astronavtları Aya aparmağa hazırdır

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Artemis-2" kosmik missiyası üçün nəzərdə tutulan nəhəng "SLS" raketi tamamilə yığılıb və bu gəmi artıq uçuşa hazırdır. Reyting.az-ın məlumatına görə, bunu Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Şon Daffi bəyan edib. O, "X" sosial şəbəkəsində yazıb ki, bu raketin son montaj mərhələsi "Orion" gəmisinin onun üstünə quraşdırılması ilə başa çatıb. Xatırladaq ki, "Orion" bu ilin may ayında Floridadakı Kennedi Kosmik Mərkəzinə gətirilərək sınaqdan keçirilib."Artemis-2" missiyasının start pəncərəsi 2026-cı il fevralın 5-dən aprelin 26-dək açıq olacaq. NASA ümid edir ki, uçuş bu müddətin əvvəlində baş tutacaq.Bu, həm də ABŞ üçün tarixi missiyadır və Aya ilk dəfə astronavtların göndəriləcəyi sınaq uçuşu olacaq. Aya uçacaq ekipajda Rid Uaysman, Viktor Qlover, Kristina Kox və Kanada astronavtı Ceremi Hansenin olacağı bildirilir. Kosmik gəmi Ayın ətrafında çox uzaq məsafədə dolanacaq, lakin onun orbitinə daxil olmayacaq."Artemis-3" kosmik missiyasında iştirak edən astronavtların Aya enişi ən tez 2028-ci ildə gözlənilir.Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
1
reyting.az

2Источники