Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 9-da Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
ADY-dən Publika.az-a verilən məlumata görə, bu marşrut üzrə həm 8, həm də 9 noyabr tarixlərində iki istiqamətdə səfər etmək mümkündür.
Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.