RU

2025-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.  

İclası giriş sözü ilə Kollegiyanın sədri Anar Bağırov açaraq Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Gündəliyə uyğun olaraq iclasda vəkilliyə qəbulla bağlı məsələlər də müzakirə olunub. İxtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran namizədlərin, həmçinin əvvəllər hakim və ya vəkil işləmiş şəxslərin andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və peşə borcuna sadiq qalacaqlarına dair and içərək Kollegiyanın sıralarına qəbul olunublar. Onlara vəsiqələr təqdim edilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Həmçinin VK Rəyasət Heyətinin üzvü İlhamə Həsənova tərəfindən hazırlanmış “İstintaq hərəkəti protokolunun rəsmiləşdirilməsi zamanı vəkilin peşə borcu və davranışı” adlı metodik tövsiyə müzakirə edilərək təsdiq olunub.

İclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin isə dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması barədə müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Bundan əlavə, Kollegiyanın sədr müavinləri tərəfindən regionlarda aparılmış monitorinqlərin nəticələrinə dair məruzələr dinlənilib və müvafiq qərarlar qəbul olunub.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə edilib. Rəyasət Heyətinin qərarı ilə intizam pozuntularına yol verdiklərinə görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə isə töhmət verilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə olunaraq zəruri qərarlar qəbul edilib.

Избранный
39
3
azerbaijan-news.az

10Источники