Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bu ilin yanvar-sentyabr aylarında Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat xərclənib.
Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1 317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.
Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasıda mühüm rol oynayacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.