RU

Azərbaycanın icmal büdcəsinin profisiti 21% azalıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsiningəlirləri 35,9 milyard manat, xərcləri isə 29,027 milyard manattəşkil edib.

Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü iləmüqayisədə bu göstəricilər müvafiq olaraq 3,4% az və 2% çoxdur.

Beləliklə, icmal büdcədə 6,8 milyard manat profisit yaranıb ki,bu da ötən ilin eyni dövrünə nisbətən 21,1% azdır.

Hesabat dövründə Dövlət Neft Fondunun büdcəsinin gəlirləri13,116 milyard manat, xərcləri 10,895 milyard manat olub. Bundanbaşqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanındaDövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 5,888 milyardmanat, xərcləri 5,628 milyard manat, ƏƏSMN yanında İşsizlikdənsığorta fondunun büdcəsinin gəlirləri 177,3 milyon manat, xərcləri158,6 milyon manat, İcbari tibbi sığorta fondunun büdcə gəlirləri1,525 milyard manat, xərcləri 1,685 milyard manat olub.

Eyni zamanda hesabat dövründə Naxçıvan Muxtar Respublikasınınbüdcəsinin gəlirləri 325,5 milyon manat, xərcləri 302,2 milyonmanat təşkil edib.

Избранный
62
1
az.trend.az

2Источники